Fevralın 13-də xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının səkkizinci ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində ümumrayon tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov, bölmənin əməkdaşları, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılmış müasir Azərbaycan dövlətinin və Ordusunun qurucusu Ümummilli lider Heydər Əliyevin büstü önünə ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov məruzə ilə çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş hərb quruculuğu prosesi nəticəsində bugun Respublikamız regionun ən güclü Silahlı Qüvvələrinə malikdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ordumuz ən müasir silahlar və hərbi texnika ilə təchiz olunur, həmçinin günün tələblərinə uyğun olaraq struktur islahatlar aparılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də məhz 8 il öncə həyata keçirilmiş islahat nəticəsində yaradılmış, hazırda qarşıya qoyulmuş vəzifə və tapşırıqları uğurla icra etməkdədir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab general-leytenant Arzu Rəhimovun Xocalı rayon bölməsinin qarşısına qoyduğu vəzifə və tapşırıqlar ötən 8 il ərzində uğurla icra edilmişdir.
Xidmətin Xocalı rayon şöbəsinin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu baxımdan ötən 8 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin qarşısına qoyulmuş vəzifə və tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilmişdir.
Çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi Xidmətin fəaliyyətinin digər mühüm bir istiqamətlərindəndir. Hazırda müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işi üzərimizə əlavə məsuliyyətlər qoyur. Qeyd olunan məsələlərin tələb olunan səviyyədə yerinə yetirilməsi məqsədi ilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Bildiyimiz kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən biri də yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, ilkin hərbi qeydiyyata alınması, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili istiqamətində də tərəfimizdən bir sıra işlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi məqsədilə, Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə daha keyfiyyətli komplektləşdirilməsi üçün Xocalı rayonundan olan çağırış yaşlı vətəndaşların qanunamüvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi uğurla həyata keçirilmişdir.
Xidmət rəisi vurğulayıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin hər bir əməkdaşı bundan sonra da Xidmət rəisi cənab general-leytenant Arzu Rəhimovun üzərimizə qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək daha böyük uğur və nailiyyətlər əldə etməyə çalışacağıq.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər natiqlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin əməkdaşlarını Xidmətin yaranmasının ildönümü münasibətilə təbrik etdilər və xoş arzularını çatdırdılar. Çıxışlarda Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin daim Ordu quruculuğunun möhkəmlənməsini diqqətdə saxladığı qeyd edildi.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin xidmətdə fərqlənən əməkdaşlarına Fəxri Fərman və pul mükafatı verildi.